Quraqlıq və su böhranı fonunda Tehran bir neçə qonşu ölkə ilə su ehtiyatlarını müzakirə edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi deyib.
İSNA xəbər agentliyi daha əvvəl İranın əsas su anbarlarında suyun səviyyəsinin 32%-də olduğunu bildirmişdi.
"Məqsədlərdən biri su artıqlığı yaratmaqdır və biz bu barədə qonşularımızla danışıqlar aparırıq. Lakin regionda və ölkəmizin yerləşdiyi enlikdə digər ölkələr də çətinliklərlə üzləşirlər, ona görə də bu vəziyyətdə biz İrana su idxal etmək istəyən istənilən ölkədən yararlanmağa çalışırıq", - deyə İran rəsmisi bildirib.
Bakı 



