• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

GoTürkiye üçüncü mini-serialını təqdim etdi: “Hidden Lover” - FOTO

CƏMİYYƏT

04 Dekabr 2025 | 10:50

GoTürkiye üçüncü mini-serialını təqdim etdi: “Hidden Lover” - FOTO

Türkiyənin rəsmi turizm platforması olan GoTürkiye, Eda Ece və Caner Cindorukun rol aldığı üçüncü mini-serialı “Hidden Lover” (Gizli sevgili) serialını YouTube kanalında yayımlamağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Antalya mənzərələri fonunda çəkilən bu romantik komediya Aralıq dənizi sahil şəhərinin dünyada daha geniş tanınmasına xidmət edir.

Rejissor Murad Öztürkün çəkdiyi 10 bölümlük serial Antalyanın çoxlarına məlum olmayan təbii, tarixi və mədəni gözəlliklərini yeni baxışla təqdim edir. Hadisələr memar Günəşin (Eda Ece) mühüm bir layihəni təqdim etmək üçün iş adamı Ömərə çatmaq cəhdi ilə başlayır. Lakin gözlənilməz şəkildə o, Ömər bəylə yox, onu sürücü hesab etdiyi Dənizlə (Caner Cindoruk) üz-üzə gəlir.
Günəş, görüşün baş tutması üçün Dənizi razı salmaq məqsədilə onu Antalyanın qədim şəhərlərinə, kanyonlarına, sahillərinə və Aralıq dənizi mətbəxinin özəl dadları ilə tanış edən bir günlük səyahətə aparır. Onlar şəhəri birlikdə gəzib dolaşdıqca aralarında gözlənilməz bir yaxınlıq yaranır və bu münasibət romantik və əyləncəli bir macəranın başlanğıcına çevrilir.
“Hidden Lover” tamaşaçıya Antalyanın təqdim etdiyi bütün gözəllikləri — mavi sahillərdən qədim şəhərlərə, valehedici təbiət mənzərələrindən Aralıq dənizinin canlı gecə həyatına qədər kəşf etmək imkanı yaradır. Serial, Antalyanın təbii irsini, mədəni müxtəlifliyini və ilboyu yaşamaq üçün əlverişli mühitini önə çıxararaq Aralıq dənizi işığını dünyaya tanıtmağı hədəfləyir.

Bu, GoTürkiye’nin istehsal etdiyi üçüncü mini-serialdır. İlk iki layihə — Meryem Uzerli və Kaan Urgancıoğlunun rol aldığı “Antalya Gambit” və Afra Saraçoğlu ilə Engin Akyürekin baş rolları paylaşdığı “İstanbul My Love” — rəqəmsal platformalarda böyük izlənmə ilə yadda qalıb. Hər iki serialın bölümləri 76 ölkədən milyonlarla tamaşaçı tərəfindən izlənib.

“Hidden Lover” serinalının yayıma başlaması isə GoTürkiye’nin rəqəmsal məzmun strategiyasının əldə etdiyi böyük uğurların davamı kimi qiymətləndirilir. Artıq GoTürkiye’nin YouTube kanalı 5,3 milyondan çox abunəçi ilə dünya üzrə turizm qurumları arasında lider mövqedədir. Təkcə 2025-ci ilin ilk altı ayında kanal 763 milyon baxış qazanıb və əvvəlki dövrlə müqayisədə abunəçilərin sayında 146 faiz, ümumi baxışlarda isə 55 faiz artım qeydə alınıb.


SON XƏBƏRLƏR

03 Dekabr 2025