Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.
Bakıvaxtı.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.
Sumqayıt şəhər sakini olan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılan şəxs törətdiyi əməli etiraf edib: "Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam".
Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub.
Bakı 



