• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Sülh prosesinə kimlər mane olur? - İrəvan hakimiyyətinin bir yolu var...

SİYASƏT

04 Dekabr 2025 | 11:36

Sülh prosesinə kimlər mane olur? - İrəvan hakimiyyətinin bir yolu var...

"Erməni diasporu Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını mümkün qədər yubadacaq. Nəinki erməni diasporu, eyni zamanda revanşistlər, Köçəryan-Sarkisyan tərəfdarları da buna çalışırlar".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti Konstitusiya dəyişikliyini özləri üçün fəlakət hesab edirlər:

"Əgər Ermənistan Konstitusiyasında, Müstəqillik Aktında Azərbaycan və Türkiyə ərazilərinə iddia qalıbsa, yekun sülhdən söhbət gedə bilməz. Sülh sazişinin imzalanması üçün ilk növbədə və mütləq şəkildə Ermənistan Konstitusiyasında həmin dəyişikliklər həyata keçirilməlidir. Əks təqdirdə Ermənistanın Azərbaycanla sülh müqaviləsini tezliklə imzalamaq, kommunikasiyaları açmaq, Türkiyə ilə sərhədləri açmaq arzusu reallaşmayacaq”.

Politoloq qeyd edib ki, qonşuluq əlaqələrinin qurulması, regional əməkdaşlığın formalaşması üçün İrəvan üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz həyata keçirməlidir:

“Bunu Nikol Paşinyan, Ararat Mirzoyan və hakim komandanın digər üzvləri də çox yaxşı bilirlər. Amma hələ də özlərini "qalib dövlət" kimi apararaq Zəngəzur dəhlizi ilə bağlı ABŞ, Rusiya, Fransa, İran və s. ölkələrlə müzakirələr apardıqlarını deyirlər. Sanki Zəngəzur dəhlizi birbaşa Ermənistanla bağlı məsələdir".

Fuad Abbasov:  İrəvan üzərinə düşən öhdəlikləri qeyd-şərtsiz həyata keçirməlidir

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan hökumətinin Konstitusiya dəyişikliyini 2026-cı seçkilərindən sonraya saxlamasına imkan verilməməlidir:

"İrəvan hökuməti deyir ki, Konstitusiya dəyişikliyini, Zəngəzur dəhlizi ilə bağlı işlərə başlanmasını, sülh sazişinin imzalanmasını və digər məsələləri 2026-cı il seçkilərinədək gözləyək, təxirə salaq. Bu, mümkünsüzdür. Çünki seçkidən sonra prosesin hansı sürətlə gedəcəyi, ümimiyyətlə gedib-getməyəcəyi də bəlli deyil. Ermənistan sülhlə bağlı niyyətinin təmiz olduğunu göstərmək istəyirsə, ilk növbədə öz Konstitusiyasından işğal və ərazi iddiaları elementlərini birdəfəlik çıxarmalıdır. Bunu niyə görə uzadırlar? Ona görə ki, Paşinyan bu addımları atacağı təqdirdə ona qarşı etirazlardan, narazılıqdan ehtiyatlanır".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Dekabr 2025