• Bakı C

    9.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

DÜNYA

04 Dekabr 2025 | 10:02

ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Kaliforniyada hərbi baza yaxınlığında qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Hadisə Trona hava limanı yaxınlığında baş verib. Qəzaya uğrayan döyüş təyyarəsi alovlanıb, lakin yaşayış məntəqələri üçün təhlükə yaratmayıb.

"Pilot təlim uçuşu zamanı "F-16C Fighting Falcon" təyyarəsindən sağ-salamat atılıb", - məlumatda deyilir.

Aynur Babazadə


SON XƏBƏRLƏR

20 Yanvar 2026