Torpaq itirilməsinə və milyon məcburi köçkünlərə baxmayaraq biz ümdimizi itirmədik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ədaləti bərpa etmək üçün özündə inamı saxlayıb.
"Hər şey bizim əlimizdədir, o sizin gündəliyinizdən, gələcək üçün baxış strategiyanızdan asılıdır. 10-20-30 il əvvəl beynəlxalq institutların davranışı dəyişməmişdi. Biz dəyişdik. BMT-nin Təhlükəsizlik Şurası ermənilərin bizim ərazilərdən çıxması istiqamətində qətnamələr qəbul etmişdi, ancaq bunların heç biri icra olunmamışdı. Beynəlxalq vasitəçiliyin bütün formaları tamamilə iflasa uğradı. Qətnamələr biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi özümüz bərpa edənədək icra olunmamışdı və biz lazımi yerdə prosesi dayandırdıq. 30 il əziyyət çəkən ölkənin rəhbəri olaraq vaxtında bu məsələni dayandırmaq çox məsuliyyətıi qərar idi. Kimsə bu prosesi dayandırmalıydı və biz həmin o prosesi dayandırdıq".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Ermənistan rəhbərliyinin birgə qərarı bu fəsli yekunlaşdırmağın lazımlığı və sülh imkanlarının axtarışına başlamaq idi:
"2023-cü ildə silahlı münaqişə mərhələsindən rekord sürətlə danışıqlar mərhələsinə keçdik. 2025-ci ildə Prezident Trampın şahidliyi ilə dünyanın bir nömrəli ofisində münaqişəyə son qoyduq".
Bakı 



