• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İspaniyadakı qəzada ölənlərin sayı ARTDI

DÜNYA

20 Yanvar 2026 | 23:43 | Müəllif: Subhan Mahmudov

İspaniyadakı qəzada ölənlərin sayı ARTDI

İspaniyanın Kordova əyalətində iki yüksəksürətli qatarın toqquşması nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb.

Bakıvaxtı.az “El Mundo”ya istinadla xəbər verir ki, axtarış-xilasetmə tədbirləri zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Məlumata görə, yanvarın 18-də Adamus şəhəri yaxınlığında baş verən dəhşətli qəzada yaralıların sayı 290-nı keçib ki, onlardan 15-nin vəziyyəti kritik olaraq qalır. İlkin araşdırmalara görə, Malaqadan Madridə gedən “Iryo” şirkətinə məxsus qatarın son vaqonları relsdən çıxaraq əks istiqamətdə hərəkət edən “Renfe” qatarına çırpılıb.

Xatırladaq ki, İspaniya hökuməti hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026