• Bakı C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

İran “Starlink”i Rusiya “Topol”u ilə bloklayıb

DÜNYA

20 Yanvar 2026 | 23:52

İran “Starlink”i Rusiya “Topol”u ilə bloklayıb

İran Qərbin dəstəklədiyi qüvvələrin istifadə etdiyi “Starlink” terminallarını bloklamaq üçün Rusiyanın “Topol” elektron döyüş sistemindən uğurla istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Güclü İran” Teleqram kanalı yazıb.

Kanal iddia edib ki, “Topol” “xüsusi hərbi əməliyyat” zonasında (Ukrayna müharibəsində) sınaqdan keçirilib və iranlı mühəndislər onu daha da təkmilləşdirib.

“İranın uğurlu təcrübəsi Rusiya üçün son dərəcə vacibdir. Ukrayna Silahlı Qüvvələrinin peyk internetindən asılılığı nəzərə alınmaqla, modernləşdirilmiş “Topol” sisteminin mobil versiyalarının istifadəsi genişmiqyaslı hücum əməliyyatları zamanı düşmən qoşunlarının komandanlığını və nəzarətini tamamilə iflic edə bilər", - deyə məqalədə bildirilib.


SON XƏBƏRLƏR

20 Yanvar 2026