• Bakı C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Ukrayna səfiri Azərbaycan Prezidentinə təşəkkür etdi

SİYASƏT

20 Yanvar 2026 | 16:42

Ukrayna səfiri Azərbaycan Prezidentinə təşəkkür etdi

"Prezident İlham Əliyev və Azərbaycan xalqına Ukraynaya göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.

“Bu gün, ilk növbədə, yanvarın 20-si Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyimizi ifadə etmək istəyirəm. Biz hər zaman sizin yanınızdayıq. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığını daim dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik”, - o qeyd edib.

Y. Qusev xüsusilə bu günlərdə Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyin böyük əhəmiyyət daşıdığını söyləyib.

Səfir Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı hücumlarından sonra, qış mövsümündə təqdim edilən növbəti humanitar yardım paketinin ölkəsi üçün son dərəcə vacib olduğunu bildirib.

Yuri Qusev vurğulayıb ki, Ukrayna və Azərbaycan qardaş ölkələrdir və Ukrayna Azərbaycan xalqının bu çətin dövrdə göstərdiyi dəstəyi heç vaxt unutmayacaq.

Qeyd edək ki, Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət 1 milyon ABŞ dolları həcmində yük bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.


SON XƏBƏRLƏR