• Bakı C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Azərbaycanda külək enerjisi istehsalı 2,3 dəfə artdı

İQTİSADİYYAT

20 Yanvar 2026 | 16:18

Azərbaycanda külək enerjisi istehsalı 2,3 dəfə artdı

Ötən il Azərbaycanda külək elektrik stansiyalarında 118 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 26 milyard 896,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,6 % çoxdur. Bunun 25 milyard 999,9 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,6 % çoxdur.

Bunun 2 milyard 802,9 milyon kVt/saatı su elektrik stansiyalarında (il ərzində 5,7 % azalıb), 22 milyard 479 milyon kVt/saatı isə istilik elektrik stansiyalarında (+0,9 %), 193 milyon kVt/saatı tullantıların yandırılmasından alınan elektrik enerjisi (-4,3 %) istehsalının payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 599,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 9,8 % çoxdur.


SON XƏBƏRLƏR