• Bakı C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Sürücülərə paytaxt yolları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

CƏMİYYƏT

20 Yanvar 2026 | 14:25

Sürücülərə paytaxt yolları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinə görə bir sıra küçə və prospektlərdə sürət həddi endirilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

Məlumata görə, Bakıda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir:

"Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək".


SON XƏBƏRLƏR

19 Yanvar 2026