• Bakı C

    11.82 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Lerikdə işıqsız qalan 80 kəndin elektrik enerjisi bərpa edilir - VİDEO

CƏMİYYƏT

20 Yanvar 2026 | 16:38

Lerikdə işıqsız qalan 80 kəndin elektrik enerjisi bərpa edilir - VİDEO

Lerik rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 80 kəndin kəsilən elektrik enerjisi ilə təchizatı bərpa edilir.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, “Azərişığ”ın qəza xidməti 24 saat fəaliyyətdədir.

“Hazırda işimizi əsas çətinləşdirən məqam yolların həddən artıq qarla örtülü olmasıdır. Bəzi hallarda yolları qurum əməkdaşları təmizləyib, elektrik kəsintisini bərpa etməyə çalışırlar. Lerikdə kəndlərin əksər hissəsi elektrik enerjisiylə təmin edilib, günün sonunadək proses davam etdiriləcək. hətta hava şəraitinə görə yollarda atlardan belə istufadə edilir ki, elektrik enerjisi tez bir zamanda bərpa edilsin”,-deyə qurumdan əlavə edilib.


SON XƏBƏRLƏR