• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"J.P. Morgan" şirkətinin sədri: Azərbaycanda sabit investisiya mühiti var

İQTİSADİYYAT

20 Yanvar 2026 | 16:12

"J.P. Morgan" şirkətinin sədri: Azərbaycanda sabit investisiya mühiti var

Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyi yüksək qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda sabit investisiya mühiti var. C.Daymon həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi.

O rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026