• Bakı C

    12.04 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Cəlilabadda intensiv yağışlar - Ciddi fəsadlar qeydə alındı

CƏMİYYƏT

20 Yanvar 2026 | 17:59

Cəlilabadda intensiv yağışlar - Ciddi fəsadlar qeydə alındı

Cəlilabad rayonunda yağan intensiv yağışlar ciddi fəsadlara yol açıb.

Bakıvaxtı.az xəbər verir ki, Göytəpə şəhərində formalaşan sel suları yaşayış məhəllələrinə və kənd təsərrüfatı sahələrinə böyük zərər vurub.

Xüsusilə əkin sahələri, o cümlədən çiyələk plantasiyaları tamamilə su altında qalıb. Sel həmçinin yolları yararsız vəziyyətə salıb, nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yerli sakinlər bildiriblər ki, ərazidə üç gündür yağış kəsilmir.

Onların sözlərinə görə, ötən axşamdan etibarən yağıntı daha da güclənib. Sakinlərdən biri qeyd edib ki, ona məxsus 50 sot çiyələk sahəsi sel suları nəticəsində tamamilə məhv olub və yaxın saatlarda küçələrin də su altında qalacağı ehtimal olunur. 

Bəs bu halda aidiyyatı qurumlar nə edir? 

Məsələ ilə bağlı Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elnur Əmirov qeyd edib ki, yağış yağanda əkin sahələri, daşınmaz əmlaklar suyun altında qalır. Bunların hamısının sığortası olmalıdır:

"Qanunla kompensasiya belə tənzimlənir. Suötürücülər çəkir suyu, sadəcə yağışın miqdarı çoxdur", - deyə bildirib./Milli.az


SON XƏBƏRLƏR