• Bakı C

    11.29 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Tramp bizi kölə edə bilər, çünki elə köləyik - Belçika

DÜNYA

20 Yanvar 2026 | 21:55

Tramp bizi kölə edə bilər, çünki elə köləyik - Belçika

Sabahın rifahını qurmaq üçün öz texnoloji platformalarımıza ehtiyac var. Əgər olmasa, Tramp bizə istədiyini edə bilər. Bizimlə oynaya bilər, bizi kölə edə bilər. Çünki biz əslində köləyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever deyib.

“Biz Obama kimi gözəl prezidentlərə öyrəşmişik və Amerikadakı dəyişikliyin tək bir prezidentlə bağlı olmadığını görürük. Bu, struktur dəyişikliyidir.

Məncə, Putinlə danışıqlar aparmaq da o qədər yaxşı fikir deyil. Çünki amerikalıların dediyi kimi, "danışmaq istəyirsinizsə, yumşaq danışın, amma böyük bir dəyənək götürün". Bizim böyük dəyənəyimiz yoxdur. Biz yalnız yumşaq danışa bilərik.

Xoşbəxt vassal olmaq başqa şeydir, bədbəxt kölə olmaq isə başqa şeydir. Qərb birləşərsə, Rusiya təhlükə deyil. Amma biz birləşmiş deyilik. Rusiyanın iqtisadiyyatı çox zəifdir. Əgər biz bölünməsək, onların hərbi təhdidi o qədər də real deyil”, - o bildirib./Axar.az


SON XƏBƏRLƏR