"Bundesverin (Almaniya Silahlı Qüvvələri) sayı son 12 ilin ən yüksək səviyyəsinə çataraq 184 200 hərbi qulluqçu təşkil edib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
Onun sözlərinə görə, 2025-ci ildə ölkədə könüllü xidmətə qoşulanların sayı 12,2 min nəfərə yüksəlib, bu isə 2024-cü ildəki 10,3 min nəfər ilə müqayisədə 18 faizdən çox artım deməkdir. Amma hədəf 15 min könüllü olub. 2026-cı ildə bu göstəricinin 20 min nəfərə çatması gözlənilir. Pistorius personalın artımını “Bundesverə olan böyük etimadın göstəricisi” adlandırıb.
Bakı 



