Qrenlandiyaya nəzarət Vaşinqton üçün mümkün münaqişənin qarşısını almaq baxımından lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
Bessentin sözlərinə görə, Donald Tramp inanır ki, Qrenlandiya münaqişənin qarşısını almaq üçün ABŞ-nin bir hissəsi olmalıdır. Bundan əlavə, Amerika maliyyə nazirinin qeyd etdiyi kimi, Tramp Qrenlandiyanın ABŞ üçün lazımlı olduğuna əmindir – bu, "Golden Dome" ("Qızıl günbəz") adlı raketdən müdafiə sisteminin səmərəli yerləşdirilməsi üçün vacibdir.
Bakı 



