• Bakı C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

İlham Əliyev Davosda görüş keçirdi - FOTOLAR

SİYASƏT

20 Yanvar 2026 | 23:06

İlham Əliyev Davosda görüş keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qədər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

Görüşdə əlaqələrimizin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın olduğu vurğulandı, ölkələrimiz arasında mövcud sıx münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik bildirildi.

ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpası işində ölkələrimizin uğurlu əməkdaşlığı qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


SON XƏBƏRLƏR

20 Yanvar 2026