• Bakı C

    10.94 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

İran dövlət kanalına haker hücumu: Rza Pəhləvinin çağırışı yayınlandı

DÜNYA

20 Yanvar 2026 | 23:17

İran dövlət kanalına haker hücumu: Rza Pəhləvinin çağırışı yayınlandı

İran dövlət televiziyası - IRIB qısa müddətə haker hücumuna məruz qalıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, hakerlər İran dövlət televiziyasının proqramlarını qısa müddətə pozaraq, keçmiş İran şahının oğlu Rza Pəhləvinin təhlükəsizlik qüvvələrini "silahlarını xalqa tuşlamamağa" çağıran mesajlarını yayımlayıblar. Sosial mediada paylaşılan görüntülər "Associated Press" də daxil olmaqla bir neçə media orqanı tərəfindən ələ keçirilib. 

IRIB vasitəsilə bir neçə peyk kanalında yayımlanan videoda vəliəhd şahzadə bildirib :

“Orduya xüsusi bir mesajım var: Silahlarınızı xalqa tərəf yönəltməyin. İranın azadlığı uğrunda millətə qoşulun”.

Görüntülərdə həmçinin iddia edilən polis və hərbçilərin silahlarını yerə qoyub xalqa sədaqət andı içdikləri də müşahidə olunursa da,  bu, təsdiqlənməyib.

Qeyd edək ki, taxt-tacın varisi 65 yaşlı Rza Pəhləvi  atasını devirən 1979-cu il İslam İnqilabından bəri ABŞ -da yaşayır. 28 dekabr 2025-ci ildən bəri onun adı "Pəhləvi bar migarde!" ( "Pəhləvi qayıdacaq!" ) şüarı ilə keçirilən nümayişlərdə səsləndirilir. Bu da onun bir neçə həftədir İranı silkələyən etirazlardakı simvolik rolunu göstərir.

Onu da bildirək ki, aksiyalarda ən azı  4029 nəfərin öldürüldüyü deyilir.  Bu rəqəmin artması ehtimalı var.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Yanvar 2026