• Bakı C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

CƏMİYYƏT

20 Yanvar 2026 | 15:00

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.

Bakıvaxtı.az xəbər verir ki, 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anmışlar.

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.


SON XƏBƏRLƏR