Çin Fransa ilə birgə inkişaf və dinc və qarşılıqlı faydalı gələcəyin yaradılması istiqamətində işləməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Pekində Fransa prezidenti Emmanuel Makronla görüşündə Çin prezidenti Si Cinpin deyib.
"Çin Fransa ilə ümumi inkişafı təşviq etmək, sülh qurmaq və qarşılıqlı faydalı gələcək yaratmaq üçün işləməyə, eləcə də bütün bəşəriyyət üçün ortaq icma qurmaq istiqamətində davamlı olaraq irəliləməyə hazırdır", - Cinpin qeyd edib.
Çin prezidenti həmçinin bildirib ki, beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, hər iki tərəf böyük dövlətlər kimi ardıcıl olaraq müstəqillik, özünə güvən və strateji baxış nümayiş etdirməli, bir-birinin əsas maraq və qayğılarına aid məsələlərdə qarşılıqlı anlaşma və dəstək nümayiş etdirməlidir.
Əli Hüseynov
Bakı 



