• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

"Rusiya hücumları dayandırmaq üçün bütün təklifləri rədd etdi" - Zelenski

DÜNYA

05 Oktyabr 2025 | 21:43 | Müəllif: Subhan Mahmudov

"Rusiya hücumları dayandırmaq üçün bütün təklifləri rədd etdi" - Zelenski

Rusiya qış ərəfəsində Ukraynanın qaz və enerji infrastrukturuna hücumlarını artırır, beynəlxalq reaksiya isə zəif olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatında bildirib.

“Təəssüf ki, baş verən hər şeyə, hücumların miqyasının daim artmasına layiqli beynəlxalq reaksiya yoxdur”, - deyə Zelenski diqqətə çatdırıb.

Zelenski deyib ki, Rusiya Prezidenti Vladimir Putin sadəcə olaraq Qərbə, susqunluğa və güclü cavab tədbirinin olmamasına gülür.

“Rusiya müharibəni dayandırmaq və ya heç olmasa hücumları dayandırmaq üçün bütün təklifləri rədd etdi. Rusiya açıq şəkildə bizim mülki infrastrukturumuzu məhv etməyə çalışır. Xüsusilə indi - qışdan əvvəl, bu, bizim qaz infrastrukturumuz, istehsalımız və elektrik enerjimizdir”, - deyə Zelenski izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026