• Bakı 16° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Tramp "HƏMAS"la danışıqların çox uğurla davam etdiyini bildirib

DÜNYA

05 Oktyabr 2025 | 22:17

Tramp HƏMASla danışıqların çox uğurla davam etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların çox uğurla davam etdiyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə danışarkən bildirib.

"Son bir neçə gündə başlayan danışıqlar hazırda davam edir. Müzakirələrin necə bitəcəyini gözləmək lazımdır, amma çox yaxşı getdiyini eşidirəm", - Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl "HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə hazır olduğunu bəyan edib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2025
04 Oktyabr 2025