• Bakı 21° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

İsrail-HƏMAS danışıqları: Trampın da oğlu qatıldı

DÜNYA

06 Oktyabr 2025 | 07:27

İsrail-HƏMAS danışıqları: Trampın da oğlu qatıldı

Qəzzada müharibəni birdəfəlik bitirmək üçün tez hərəkət etməli olduqlarını bilən İsrail və  HƏMAS bu gün Misirin dənizkənarı kurort Şarm əl-Şeyxdə danışıqlara başlayıblar.

Bakıvaxtı.az “Le Figaro.fr”ə istinadən xəbər verir ki, “Tramp planı”nın həyata keçirilməsi ilə bağlı gerçəkləşən görüşdə Qətər və Misir vasitəçiləri, Amerika elçiləri Stiv Vitkoff və  Prezident Trampın oğlu Cared Kuşner də iştirak ediblər.

ABŞ Dövlət Katibi Marko Rubionun sözlərinə görə, işin 90 faizi yerinə yetirilsə də,  “Tramp planı”nın iyirmi bəndinin maddi-texniki cəhətdən yekunlaşdırılması, xüsusən də ən vacib iki məsələdə həllini tapılmalıdır: İsrailli girovların və bunun müqabilində fələstinli məhbusların azad edilməsi, həmçinin İsrail ordusunun Qəzza zolağından çıxarılması marşrutu. Üçüncü mərhələyə, HƏMAS yaraqlılarının tərksilah edilməsi və iki illik müharibə nəticəsində viran qalmış anklavlara humanitar yardımın çatdırılması üsullarıdır. Danışıqlar zamanı məhz bu məsələlər masaya yatırılacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Oktyabr 2025
04 Oktyabr 2025