• Bakı 22° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xameneinin şəklini yandıran gəncin meyiti tapıldı - VİDEO

DÜNYA

04 Noyabr 2025 | 22:59 | Müəllif: Subhan Mahmudov

Xameneinin şəklini yandıran gəncin meyiti tapıldı - VİDEO

Dünən sosial şəbəkələrdə yayılan məlumatlara görə, Lorestan əyalətinin Əliqudərz şəhərindən olan 27 yaşlı Ümid Sərləkin cansız bədəni avtomobilində güllələnmiş vəziyyətdə tapılıb. 

Bakıvaxtı.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə, onun sosial şəbəkədə ali rəhbər Əli Xameneyinin şəklini yandırdığı videonun yayılmasından qısa müddət sonra baş verib.

Ümid ölümündən bir gün əvvəl "Instagram" hesabında Xameneyinin təsvirini yandırdığı videonu və və ona ölüm şüarı səsləndirdiyi yazını paylaşıb. Videoda İranın son şahı Məhəmməd Rza Pəhləvinin səsi eşidilir. Gəncin cənazəsi ailəsinə təhvil verilməyib və ailəyə onun “intihar etdiyi” versiyasını qəbul etdirmək üçün təzyiq göstərildiyi bildirilib.

Paylaşdığı video və ölüm zamanlaması səbəbilə istifadəçilər Ümid Sərləkin İslam Respublikasının təhlükəsizlik qurumları tərəfindən qətlə yetirildiyi ehtimalının yüksək olduğunu yazırlar.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026