• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ABŞ-da bayraqlar yarıya qədər endirildi

DÜNYA

04 Dekabr 2025 | 22:28 | Müəllif: Subhan Mahmudov

ABŞ-da bayraqlar yarıya qədər endirildi

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın güllələnmiş əsgəri Sara Bekstromun xatirəsinə hörmət əlaməti olaraq ölkədə bütün bayraqların gün batana qədər yarıya endirilməsini əmr edib.

Bakıvaxtı.az xəbər verir ki,  bununla bağlı imzalanmış bəyannamədə Prezident bayraqların Ağ Evdə, bütün dövlət binalarında və ərazilərdə, hərbi postlarda və dəniz məntəqələrində, eləcə də Federal Hökumətin Kolumbiya dairəsində, Amerika Birləşmiş Ştatları, onun əraziləri və mülklərində yerləşən bütün gəmilərində yarıya qədər endirilməsini tapşırıb.

Həmçinin bayraqlar bütün ABŞ səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və xaricdəki digər obyektlərdə, o cümlədən bütün hərbi obyektlərdə, dəniz gəmilərində və məntəqələrində bu gün ərzində yarıya qədər endirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026