ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün əməliyyatı bir həftədən də əvvəl, Qriqorian təqviminə görə 25 dekabrda qeyd olunan Milad bayramından əvvəl təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.
"Tramp bir həftədən çox əvvəl Venesuelada Amerika hərbi və hüquq-mühafizə orqanlarının əməliyyatını təsdiqləyib. Plan Miladdan əvvəl təsdiqlənib və görünür, əməliyyatın dəqiq vaxtı o vaxtdan bəri demək olar ki, saatbasaat müzakirə olunub", - NBC qeyd edib.
***
16:56
ABŞ ordusunun Venesuelaya endirdiyi irimiqyaslı zərbələr və ölkə lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, təxliyə əməliyyatı bir neçə gün əvvəl Ağ Ev tərəfindən təsdiqlənib. Bildirilib ki, Maduronun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentləri uzun müddət izləyiblər. Hətta CIA Venesuelada gizli əməliyyatlar keçirmək üçün bir neçə ay əvvəl Trampdan xüsusi icazə alıbmış.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın bu gün Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransı keçirərək əməliyyatın bütün gizli təfərrüatlarını açıqlayacağı gözlənilir.
Bakı 




