• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Uitkoff İsrailə GEDİR

DÜNYA

02 Fevral 2026 | 18:25 | Müəllif: Subhan Mahmudov

Uitkoff İsrailə GEDİR

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailə səfərindən sonra 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsində iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid məlumat verib.

Jurnalistin sözlərinə görə, Uitkoff 3 fevralda İsrailə gələcək və oradan Birləşmiş Ərəb Əmirliklərinə gedəcək. Əbu-Dabidə Uitkoff çərşənbə və cümə axşamı günləri Rusiya və Ukrayna ilə daha bir danışıqlar mərhələsi keçirəcək.

Əvvəllər Uitkffun bu həftə Baş nazir Benyamin Netanyahu və İsrail hərbi rəhbərliyi ilə danışıqlar aparmaq üçün İsrailə gedəcəyi bildirilirdi.

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ilk mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. Məsləhətləşmələr zamanı komandalar müharibənin bitməsi üçün parametrləri müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026