• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İsrail ordusu Livanın şəhərinə daxil oldu

DÜNYA

04 Mart 2026 | 14:57

İsrail ordusu Livanın şəhərinə daxil oldu

İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

    Məlumata görə, İsrail ordusu Livan-İsrail sərhədindən təxminən altı kilometr məsafədə yerləşən Livanın cənubundakı Xiyam şəhərini ələ keçirib.

    “Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, - dövlət mediası bildirir.

    İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı "gücləndirilmiş müdafiə mövqeyi"nin qurulması planının bir hissəsidir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026