• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Hindistanın 40-a yaxın tankeri Hörmüz boğazında qalıb

DÜNYA

04 Mart 2026 | 14:16

Hindistanın 40-a yaxın tankeri Hörmüz boğazında qalıb

Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker Yaxın Şərqdəki qarşıdurma səbəbindən Hörmüz boğazı ərazisində qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval bildirib.

    “Hörmüz boğazının qərb və şərq tərəfində yerləşən bu gəmilərdə 1,1 min Hindistan dənizçisi var və onların təhlükəsizliyinin təmin edilməsi hökumət üçün prioritetdir”, - nazir vurğulayıb.

    Qeyd edək ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb. (Apa)


    SON XƏBƏRLƏR