Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin hava limanına eniş etməzdən əvvəl dörd hərbi tipli dron tərəfindən izlənilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrlandiyanın "The Journal" nəşri mənbələrə istinadən xəbər yayıb.
Hadisə 1 dekabrda Zelenskinin İrlandiyaya səfəri zamanı baş verib. Mənbələr jurnalistlərə bildiriblər ki, dörd naməlum dron uçuş qadağasını pozub və Dublin hava limanına gedən Ukrayna prezidentinin təyyarəsi ilə eyni trayektoriyanı izləyib.
Mənbələrə görə, dronlar Dublinin şimal-şərqindən havaya qalxıb. Hazırda dronların qurudan, yoxsa aşkarlanmamış gəmidən gəldiyi məlum deyil. "The Journal" əlavə edib ki, bu dronlar daha sonra Zelenskinin səfərindən bir az əvvəl İrlandiya dənizində gizli şəkildə yerləşdirilən İrlandiya Hərbi Dəniz Qüvvələrinin "LÉ William Butler Yeats" gəmisinin ətrafında dövrə vurublar.
Mənbələr jurnalistlərə bildiriblər ki, yerli hüquq-mühafizə orqanları artıq araşdırma aparır.
Bakı 



