• Bakı 30° C

    0.58 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

DÜNYA

13 Iyul 2025 | 12:41

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şara Azərbaycana səfəri çərçivəsində İsrail rəsmiləri ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Prezident əl-Şaraya yaxın mənbə iki və ya üç belə görüşün planlaşdırıldığını bildirib. Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və Suriya hökumətinin İsraillə münasibətlərdə təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Əhməd əd-Dalatinin də bu görüşlərdə iştirakı gözlənilir.

İsrail nümayəndə heyətinə Baş nazir Benyamin Netanyahunun xüsusi nümayəndəsi, həmçinin təhlükəsizlik və hərbi rəsmilər daxildir.

Müzakirə olunacaq mövzular arasında İsrail və Suriya arasında təhlükəsizlik razılaşması, İran təhlükəsi, Hizbullah və Fələstin terrorçularının silahları, Livandakı Fələstin düşərgələri var. Bundan başqa, Dəməşqdə diplomatik statusu olmayan İsrail koordinasiya ofisinin açılması imkanları da müzakirə oluna bilər.


SON XƏBƏRLƏR

12 Iyul 2025