Böyük Britaniya Kralı III Çarlz və şahzadə Harrinin baş köməkçiləri gizli görüş keçiriblər.
Bakıvaxtı.az bu barədə "Daily Mail" nəşrinə istinadla xəbər verir.
Bildirlir ki, görüş kral ailəsi daxilində münaqişələrin həlli istiqamətində ilk addım hesab edilir.
Mənbələrin məlumatına görə, görüş keçən həftə Londonda, özəl klubda baş tutub.
Görüşün hansı tərəfin təşəbbüsü ilə baş verdiyi barədə məlumat məxfi olaraq qalır.
Xatırladaq ki, şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında Britaniya kral ailəsindəki öhdəliklərindən imtina ediblər.