• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Ermənistan nazirinin müşaviri həbs olundu

DÜNYA

12 Avqust 2025 | 10:41

Ermənistan nazirinin müşaviri həbs olundu

Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri, hakim "Mülki müqavilə" partiyasının üzvü Arşak Orduxanyan cinayətkar birlik yaratma və mənimsəmə ittihamı ilə həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i İstintaq Komitəsinə istinadən məlumat yayıb.

"Bir nəfər barəsində Ermənistan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar birliyin yaradılması və ya ona rəhbərlik edilməsi) və 257-ci maddəsinin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (kompüter texnikasından istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə) ilə cinayət işi açılıb", - İstintaq Komitəsindən bildirilib.

Bu maddələrdə nəzərdə tutulmuş əməllərin törədilməsi 15 və 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


SON XƏBƏRLƏR

11 Avqust 2025