"Qərbin Kiyevə təhvil verdiyi dördüncü nəsil F-16 Fighting Falcon qırıcıları köhnəlmiş təyyarələrdir".
Bakıvaxtı.az xəbər verir ki, döyüş təyyarələrinin çatışmazlıqları Military Watch Magazine (MWM) tərəfindən nəşr olunan bir nəşrdə qeyd edilib.
Məlumata görə, qırıcılar NATO - ya üzv ölkələr, o cümlədən Hollandiya, Belçika və Norveç tərəfindən ikinci əldən tədarük edildiyinə görə, onlar faktiki olaraq köhnəlmiş hesab olunur.
Qeyd olunub ki, onlar Link 16 məlumat bağlantıları və ya AN/ANG-83 AESA radarları kimi həyati xüsusiyyətlərə malik deyil.
Həmçinin bildirilib ki, NATO ölkələri tərəfindən Ukraynaya təhvil verilən F-16 qırıcıları ümidləri doğrultmayıb və hərbi əməliyyatların gedişinə təsir göstərə bilməyib.
Mina Mikayılova