• Bakı C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Bakı metrosu üçün 300-dək yeni vaqon alınır?

CƏMİYYƏT

23 Yanvar 2026 | 17:00

Bakı metrosu üçün 300-dək yeni vaqon alınır?

“Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov ilə “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpuler arasında keçirilən görüşdə 300-dək yeni vaqonun alınması müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar xərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirə olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.

Peter Şpuler "Stadler" şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədə məlumat verərək bu bilikləri Bakı Metropoliteni ilə bölüşməyə hazır olduqlarını qeyd edib.


SON XƏBƏRLƏR