• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ukraynaya qarşı döyüşən özbək həbs edildi

DÜNYA

23 Yanvar 2026 | 18:28 | Müəllif: Subhan Mahmudov

Ukraynaya qarşı döyüşən özbək həbs edildi

Özbəkistanın Namanqan vilayətində məhkəmə yerli sakini Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə üç il altı ay müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Məlumata görə, həmin şəxs “Muzdlu fəaliyyət” maddəsi ilə təqsirli bilinib:

“O, Rusiya cəza koloniyasında olarkən ordu ilə müqavilə imzalayıb və 2025-ci ilin yanvar ayında Donetsk bölgəsindəki döyüş bölgəsinə göndərilib. Yaralandıqdan sonra xəstəxananı icazəsiz tərk edib və Özbəkistan səfirliyinin köməyi ilə vətəninə qayıdıb, burada isə ədalət mühakiməsinə verilib”./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026