• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Hindistan ABŞ-la danışıqları təxirə saldı

DÜNYA

22 Fevral 2026 | 17:40 | Müəllif: Subhan Mahmudov

Hindistan ABŞ-la danışıqları təxirə saldı

Hindistan və ABŞ rəsmiləri arasında iki ölkə arasında ticarət sazişinin mətninin yekunlaşdırılması üçün fevralın 23-də Vaşinqtonda keçirilməsi planlaşdırılan üç günlük danışıqlar təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NDTV hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

"Hər iki tərəf hesab edir ki, Hindistanın baş danışıqçısı və onun komandasının səfəri son inkişaflar və onların nəticələri qiymətləndirdikdən sonra planlaşdırılmalıdır. Görüş qarşılıqlı məqbul bir tarixə qədər təxirə salınacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 21 fevralda bütün ölkələrdən idxal olunan mallara tətbiq edilən tarifləri 10%-dən 15%-ə qaldırdığını elan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026