• Bakı 13° C

    1.99 m/s

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı

CƏMİYYƏT

23 Yanvar 2026 | 17:29

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı

Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov vəzifəsindən azad olunub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı xidmət rəisi Orxan Nəzərli əmrlər imzalayıb.

Məlumata görə, Baş idarənin rəisi vəzifəsinin müvəqqəti icrası baş idarə rəisinin müavini Müzəffər Mikayılova tapşırılıb.

Eyni zamanda Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib və bu vəzifənin müvəqqəti icrası isə Xəlil Mayılova həvalə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026