• Bakı C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

ABŞ-nin 14 ştatında fövqəladə vəziyyət elan edildi

DÜNYA

23 Yanvar 2026 | 19:55

ABŞ-nin 14 ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-nin 14 ştatında fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.

Bildirilir ki, fırtınaya görə Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniyada fövqəladə vəziyyət elan olunub.

“FlightAware” məlumatlarına görə, gözlənilən qar fırtınası səbəbindən ABŞ-nin cənub-şərqində 800-dən çox reys təxirə salınıb.

Xüsusilə, hava nəqliyyatı sistemindəki fasilələr Dallas, Atlanta və Oklahoma Siti hava limanlarına təsir edib.

Bu gün Hyuston, Oklahoma Siti və bir sıra digər şəhərlərdə məktəblər bağlanıb.


SON XƏBƏRLƏR