Yanvarın 21-də motosiklet qəzasında dünyasını dəyişən 19 yaşlı Ramal Səfərlinin ürək dağlayan paylaşımı ortaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, o "Tiktok" platformasında dünyası dəyişdiyi gün kədərli paylaşım edib.
“Hava limanı toy zallarından daha çox səmimi öpüşə şahid olub. Xəstəxanalar ibadətgahdan daha çox dua eşidib. Çünki sevgi ən çox gedərkən hiss olunur”,- o, qeyd edib.
Xatırladaq ki, 1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində o vəfat edib.
Sözügedən paylaşımı təqdim edirik.
Rəşid Muxtar
Bakı 





