Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmr imzalayıb.
Əmrə əsasən, Qasımov Tamerlan Məhəmməd oğlu Böyük qayıdışa dair məşğulluq məsələləri departamentinin müdiri təyin edilib.
T.Qasımov bundan əvvəl Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri işləyib. Daha əvvəl isə bir sıra banklarda rəhbər vəzifələrdə çalışıb.
Eyni zamanda Yunuslu Səbuhi Nəzər oğlu həmin departamentin müdir müavini vəzifəsinə gətirilib. S.Yunuslu bundan əvvəl adıçəkilən departamentin Proseslərin koordinasiyası şöbəsinin müdiri idi.
Bakı 





