• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü

İDMAN

23 Yanvar 2026 | 20:23 | Müəllif: Subhan Mahmudov

Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü

AFFA-nın prezidenti Rövşən Nəcəfin FIFA prezidenti Canni İnfantino ilə görüşü keçirilib.

AFFA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlər, o cümlədən futbolun kütləviliyinin artırılması, uşaq futbolunun inkişafı və bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib. Həmçinin AFFA ilə FIFA arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsinə hazırlıq işləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026