• Bakı C

    10.86 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

 "Şamaxı" "İmişli"nin, "Kəpəz" "Sabah"ın qonağı olacaq

İDMAN

22 Fevral 2026 | 09:11

 Şamaxı İmişlinin, Kəpəz Sabahın qonağı olacaq

Misli Premyer Liqasının XXI turunda daha iki oyun bu gün keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk olaraq "Şamaxı" "İmişli"nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:30-da start götürəcək.

Meydan sahibləri 19 xalla 9-cu, "Şamaxı" 24 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Sabah" "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"kı oyun saat 17:00-da start götürəcək. Bakı klubu 49 xalla vahid liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XXI tur

22 fevral

14:30. "İmişli" – "Şamaxı"

Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elman Musayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Sabah" – "Kəpəz"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Əli Əliyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"Bank Respublika Arena"

Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.


SON XƏBƏRLƏR

21 Fevral 2026