• Bakı C

    10.8 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Məhəmməd Muradlı Məmmədyarova qalib gələrək çempion oldu

İDMAN

21 Fevral 2026 | 18:47

Məhəmməd Muradlı Məmmədyarova qalib gələrək çempion oldu

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.

Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.

Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.

Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, hazırda digər görüşlər davam edir.


SON XƏBƏRLƏR

20 Fevral 2026