Dünyanın ən böyük Aerokosmik və Texnologiya Festivalı olan TEKNOFEST-in builki müsabiqələri arasında Döyüşən Pilotsuz Uçuş Aparatı (PUA) Yarışı da yer alacaq.
Bakıvaxtı.az xəbər verir ki, hər il mütəmadi olaraq keçirilən festival bu il Türkiyənin Şanlıurfa vilayətində təşkil olunacaq.
TEKNOFEST-dən verilən açıqlamaya görə, Döyüşən PUA Yarışması avtomatik sistemlər sahəsində bacarıq qazanmaq istəyən gəncləri real döyüş ssenariləri ilə bir araya gətirəcək.
Texnologiyanın sürətli inkişafı ilə fəaliyyət sahəsi hər gün genişlənən PUA-lar artıq yalnız kəşfiyyat və müşahidə tapşırıqları yerinə yetirmir. Döyüşən PUA Yarışması bu transformasiyadan çıxış edərək, qırıcı təyyarələrin həyata keçirdiyi hava və hava-yer döyüşlərinə bənzər manevr və mübarizə qabiliyyətlərinin avtomatik sistemlərə qazandırılmasını hədəfləyir.
Yarışda bütün PUA-lar eyni vaxtda havada olub bir-biri ilə mübarizə aparacaq.
Bakı 




