• Bakı C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

47 günlük icra başçısının daha bir qanunsuzluğu: İşçiləri...

CƏMİYYƏT

23 Yanvar 2026 | 15:54

47 günlük icra başçısının daha bir qanunsuzluğu: İşçiləri...

Son dövlər icra hakimiyyəti orqanlarında baş verən yerdəyişmə və vəzifədən azad etmə halları gündəmdədir. Nəsimi rayonuna təyin olunan və etimadı doğrulmatdığına görə 47 gündən sonra vəzəfədən azad edilən icra başçısının etdiyi qanunsuzluqlar cəmiyyətdə narazılıqla qarşılanıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, Milli Məclisinin keçmiş deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində müzakirə olunan əsas məsələlərdən biridir:

"Nəsimi rayonunun icra başçısı təyin olunduqdan 47 gündən sonra Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Əldə olan məlumatlara görə, müəyyən neqativ hallar mövcud olub. Bu məsələlərin hüquqi tərəflərini hüquq-mühafizə orqanları və Prezident Administrasiyası daha yaxşı bilir".

Sabiq deputat deyib ki, müzakirə olunan məsələlərdən biri də həmin şəxsin 47 gün ərzində Nəsimi Rayon İcra Hakimiyyətində uzun illər çalışan şəxslərin dərhal işdən kənarlaşdırılması ilə bağlı addımlar atmasıdır:

"Azərbaycanda belə bir tendensiya mövcuddur. Kim hansı vəzifəyə təyin olunursa, özünə yaxın şəxsləri gətirmək məqsədilə uzun illər çalışan əməkdaşları işdən azad edir. Hətta elə hallar olub ki, pensiyaya çıxmasına bir və ya iki il qalmış şəxslər də işdən azad olunub və nəticədə onlar pensiya hüquqlarının formalaşması ilə bağlı ciddi çətinliklər yaşayıblar".

Ç.Qənizadə bildirib ki, yeni təyin olunan rəhbər 6 nəfər əməkdaşı vəzifəyə gəldiyi ilk günlərdə işdən çıxarıb:

"Bunlardan biri icra hakimiyyəti başçısının müavini olub. Həmin şəxs uzun illər bu sahədə çalışmış, mediada gedən məlumatlara görə əvvəllər Şəhərsalma və Arxitektura Komitəsində fəaliyyət göstərmiş, işi bilən bir mütəxəssis kimi tanınıb. Lakin naməlum səbəblərdən o, vəzifəsindən uzaqlaşdırılıb. İki şöbə müdiri vəzifəsindən azad edilib, daha üç nəfər əməkdaş isə müxtəlif əsaslarla işdən kənarlaşdırılıb".

Hüquq müdafiəşisinin sözlərinə görə, vətəndaşların əmək və digər hüquqları pozulur:

"Hesab edirəm ki, Prezident Administrasiyası Nəsimi Rayon İcra Hakimiyyətində baş verən bu prosesləri diqqətdə saxlayır. Bu mövzu hüquq müdafiəçilərinin toplantısında da müzakirə olunub. Çox istərdik ki, müəyyən təzyiqlər və xoşagəlməz hallar nəticəsində vəzifəsindən uzaqlaşdırılmış, uzun illər dövlət qulluğunda çalışmış həmin 6 əməkdaş yenidən Nəsimi Rayon İcra Hakimiyyətində əvvəlki vəzifələrinə bərpa olunsun. Məhz bu halda ədalət öz yerini tapmış olacaq"-. 

Qənizadə deyib ki, əks halda bir yarıtmaz kadrın fəaliyyəti nəticəsində 6 nəfər zərər çəkir, işindən kənarlaşdırılır:

"Hüquqları pozulmuş həmin 6 nəfərin də yenidən işə qaytarılmasını görmək istəyərdik. Bu zaman ədalətin tam bərpa olunduğunu demək mümkün olacaq. Prezident Administrasiyasında bu şəxslərin işlərinə bərpası ilə bağlı müzakirələr aparılır. İcra hakimiyyəti başçısının vəzifədən uzaqlaşdırılması ədalətin yalnız 50 faizinin bərpası deməkdir. Zorla və əsassız şəkildə işdən kənarlaşdırılmış şəxslərin yenidən işlərinə bərpa olunması baş vermiş qanunsuzluqlarla bağlı ədalətin 100 faiz bərpası olacaqdır".


SON XƏBƏRLƏR