• Bakı C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

19 dərəcəcə isti - FAKTİKİ HAVA

CƏMİYYƏT

22 Fevral 2026 | 11:00

19 dərəcəcə isti - FAKTİKİ HAVA

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub.

Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir.

    Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənir.

    Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır.

    Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.


    SON XƏBƏRLƏR

    21 Fevral 2026