• Bakı 10° C

    14.61 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Rusiyadan 34 nəfərin öldüyü hücumla bağlı AÇIQLAMA

DÜNYA

14 Aprel 2025 | 16:07

Rusiyadan 34 nəfərin öldüyü hücumla bağlı AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı şəhərinə hücum etdiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Nazirlik hücumun iki “İsgəndər-M” raketi ilə həyata keçirildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi zərbənin hədəfi kimi Ukrayna Silahlı Qüvvələrinin operativ-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi yeri göstərib. Nazirlik 60-dan çox Ukrayna əsgərinin öldürüldüyünü iddia edib.

Bəyanatda vurğulanır ki, zərbə “Ukrayna Silahlı Qüvvələri tərəfindən xaricdə istehsal olunan elektron müharibə və hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə fəal əks-hücum şəraitində” həyata keçirilib.

Qeyd edək ki, bazar günü Ukrayna hərbçiləri Sumıya iki “İsgəndər-M” raketinin atıldığını bildiriblər.

Hücum nəticəsində ikisi uşaq olmaqla 34 nəfər həlak olub, 100-dən çox mülki şəxs yaralanıb.

Kremlin sözçüsü Dmitri Peskov da Rusiya hərbçilərinin yalnız hərbi və yaxın hərbi obyektlərə zərbələr endirdiyini bildirib.


SON XƏBƏRLƏR