• Bakı C

    16.24 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Amerika-Rusiya danışıqları: Birbaşa dialoq formalaşandan sonra Tramp-Putin görüşü ola bilər

DÜNYA

15 Aprel 2025 | 17:13

Amerika-Rusiya danışıqları: Birbaşa dialoq formalaşandan sonra Tramp-Putin görüşü ola bilər

Rusiya ilə ABŞ arasında İstanbulda növbəti görüş keçirilib.

Rusiyanın İstanbuldakı Baş konsulluğunda keçirilən və 5 saat davam edən görüşdə Rusiya və ABŞ nümayəndə heyətləri səfirlik fəaliyyətinin bərpası, diplomatik əlaqələrin normallaşdırılması və s. məsələləri müzakirə edilib. Danışıqlar qapalı formatda aparılıb.

Siyasi şərhçi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, ABŞ və Rusiya arasında İstanbulda keçirilən görüş iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi, səfirliklərin qarşılıqlı işə başlaması, ölkədən çıxarılan diplomatların geri qayıtması ilə bağlıdır.

Ekspert ilk görüşün fevral ayının 27-də baş tutduğunu xatırladıb:

"Rəsmilər bildiriblər ki, bu görüşlərdə heç bir halda Ukrayna müzakirəsi getmir. Amma istənilən halda bəllidir ki, ABŞ və Rusiyanın əlaqələri 2022-ci ildə məhz Ukrayna ilə müharibəyə görə kəsilib. O baxımdan indiki halda ABŞ-Rusiya münasibətlərinin bərpa olunmasında yenidən Ukrayna mövzusu təbii olaraq gündəmə gəlir”.

Müsahibimizə görə, məsələ ondadır ki, Donald Tramp Rusiya ilə münasibətləri düzəltməyi qarşısına məqsəd qoyub. Ona görə də istisna edilmir ki, İstanbul görüşlərində üstüörtülü, yəni qapalı da olsa Ukrayna ilə müharibə məsələsi, sülh və atəşkəs mövzuları müzakirə olunur:

“Əlbəttə, ilkin təmaslardan nəsə ciddi nəticə gözləməyə dəyməz. Çünki iki ölkə arasında artıq bir neçə ildir ki, siyasi, iqtisadi, diplomatik sahələrdə əlaqələr tamam sıfırlanıb. Bir-iki görüşdə əlaqələrin tam şəkildə bərpası mümkünsüzdür".

Əhməd Şahidov: İlkin təmaslardan nəsə ciddi nəticə gözləməyə dəyməz

Həmsöhbətimiz əlavə edib ki, ilk növbədə diplomatik əlaqələrin bərpasından söhbət gedir:

"Tərəflər arasında birbaşa dialoq formalaşandan sonra növbəti mərhələdə Tramp və Putinin üzbəüz görüşü təşkil oluna bilər. İstənilən halda belə təmaslar, görüşlər müsbət qarşılanmalıdır. Tərəflər arasında münasibətlərin normallaşmasına yönəlik dialoqlar Rusiya-Ukrayna müharibəsinin sülhlə yekunlaşması prosesinə xidmət edir".

Aydın Baxış


SON XƏBƏRLƏR

15 Aprel 2025